Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukrayna üzrə Vatikanda baş tuta biləcək sülh danışıqlarında iştirak etmək fikrindən imtina edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Vatikan ərazisində Ukrayna ilə bağlı sülh danışıqlarının aparılmasında maraqlı deyil.
Bildirilir ki, Rusiya hakimiyyəti Vladimir Putinin danışıqlarda şəxsən iştirak etmək üçün Vatikana və ya başqa bir şəhərə səfər etməsi imkanını nəzərdən keçirmir. Moskva hazırda texniki səviyyədə baş tutan işçi məsləhətləşmələrə diqqət yetirir.
Belə danışıqlar mayın 16-da İstanbulda başlayıb. Onların formatı dövlət başçılarının iştirakını nəzərdə tutmur və konkret məsələlər üzrə tərəflərin nümayəndələri arasında keçirilir.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ