İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yeni ödəniş sistemi hazırlayır

Rusiyanın iri bankları bank kartları olmadan fəaliyyət göstərəcək və “Mir” sisteminə alternativ kimi xidmət edəcək yeni ödəniş sistemi yaratmağı planlaşdırır.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bu layihənin işində “T-Bank”, “Sber” və “Alfa-Bank” iştirak edir. Onların nümayəndələri bildiriblər ki, sistem ənənəvi plastik kartları ləğv edərək müasir ödəniş üsullarına əsaslanacaq. Onlar QR kodları, biometrika, Bluetooth və digər texnologiyalardan istifadə etməyi planlaşdırırlar.

"T-Bank"-ın ekosistem məhsulları departamentinin direktoru Sergey Xromovun sözlərinə görə, hazırda banklar layihə konsepsiyasını hazırlayır və yaxın vaxtlarda mərkəzi banka təqdim edəcəklər. İki əsas məsələ müzakirə olunur: sistemin öz kartına ehtiyacı olub-olmaması və onun hansı texnoloji baza əsasında işə salınacağı.

Tərtibatçılar yeni sistemin “Mir” ilə birbaşa rəqabət aparmayacağını vurğulayırlar. Onun daxili bazar üçün əlavə alətə çevrilməsi və nağdsız ödəniş imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

“Mir” sistemi 2014-cü ildə Qərb sanksiyalarının tətbiqindən sonra yaradılıb və 2015-ci ildə fəaliyyətə başlayıb.Daha sonra bütün büdcə ödənişləri onun vasitəsilə həyata keçirilməyə başlayıb. Ukraynada müharibə başlayandan sonra beynəlxalq Visa və Mastercard sistemləri Rusiyada fəaliyyətini dayandırıb və banklar daxili ödənişlər üçün yeni həll yolları axtarmağa başlayıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR