İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ƏMƏLİYYAT: Azərbaycanlı dəstə SAXLANILDI, Kremldən yeni HƏDƏ – Rauf Arifoğlu ilə CANLI

Rusiyanın Tver vilayət prokurorluğu saxta içki və qanunsuz tütün məmulatlarının dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin ifşa olunduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, cinayətkar qrupun təşkilatçısı və 8 üzvü saxlanılıb. İstintaq onların 2022–2025-ci illər ərzində qeydiyyatsız, markasız tütün və spirtli içkilərin satışını həyata keçirdiyini müəyyən edib. Qeyd olunur ki, saxlanılanlar arasında Azərbaycan əsilli şəxslər də var.

Moskva Cənubi Qafqaz və Mərkəzi Asiyada rusdilli əhaliyə qarşı “təzyiqlərin artdığı” iddiası ilə bu ölkələrə qarşı sərt sanksiya paketi hazırlayır.

Musavat.com xəbər verir ki, Kreml bu ölkələrdə rus dilindən istifadənin məhdudlaşdırılması ilə bağlı qanunların qəbulunu “dil hüquqlarının pozulması” kimi qiymətləndirir.

Moskva tərəfindən müzakirəyə çıxarılan əsas tədbirlər bunlardır:

– vizaların tətbiqi;

– pul köçürmələrinə məhdudiyyətlər (bu, əsasən, Rusiyada işləyən miqrantlara ciddi təsir göstərəcək);
– əmək kvotaları;
– rus şirkətlərinin iştirakı ilə həyata keçirilən logistika və infrastruktur layihələrinin dayandırılması.
Sanksiyaların əsas hədəfində Tacikistan, Özbəkistan, Qırğızıstan və Cənubi Qafqaz ölkələri dayanır.
Bundan əlavə, Rusiya sərhədyanı bölgələrdə hərbi təlimlər və “ruslara təhlükə yaranacağı təqdirdə humanitar müdaxilə” də daxil olmaqla, güc tətbiqi ssenarilərini də istisna etmir.
TVMusavat-ın bu gün saat 11:00-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR