İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Ukraynaya dəstək hərəkatı yayılır

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində şəhər parkında Ukrayna mahnısı oxuyan bir qrup yeniyetməyə qarşı cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

Sosial şəbəkələrdə yeniyetmələrin Tolyatti şəhər parkında lentə aldığı və Stepan Banderadan bəhs edən Ukrayna mahnısını oxuduqları video yayılıb.

Fakt üzrə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb:

"Sosial şəbəkələrin monitorinqi zamanı Tolyattidə yeniyetmələrin nasizmin reabilitasiyası əlamətləri olan musiqi əsərlərini ifa edərkən qanunsuz hərəkətlərinin qeydə alındığı videoyazılar aşkar edilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi açılıb".

Müstəntiqlər hadisənin bütün şəraitlərini müəyyənləşdirir və sübutlar toplayırlar. Bundan əvvəl polis hadisə ilə bağlı araşdırma təşkil edib. Volqoqradda Ukraynaya dəstək qrupu formalaşdıran yeniyetmələr həbs olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR