Onlayn ictimai-siyasi qəzet
Qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş qubernatoru Pavel Qubarev “Avmat” hərbi birləşməsinin rəhbəri Apti Alaudinovdan naməlum şəxslərin hərbi polis əməkdaşını döydüyünü əks etdirən videoya münasibət bildirməsini xahiş edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, münaqişə tərəflərindən biri çeçenlərdən ibarət “Axmat” bölməsinin döyüşçüləridir.
Teleqram kanallarının məlumatına görə, hərbi polis avtomobili qarşı zolaqda sürən hərbçiləri saxlayıb. Buna cavab olaraq həmin avyomobilin sərnişinləri polisə “bilirsənmi biz kimik” deyərək mübahisə etməyə başlayıblar. Bundan sonra onlardan biri zabitə hücum edib - dava düşüb.
Fövqəladə hadisə Rusiyanın hərbi Telegram kanallarında ajiotaja səbəb olub. “Rusiç” hər iki tərəfin silahlarının olduğunu, lakin onlardan istifadə etmədiyini bildirib. "Two Majors" kanalının müəllifləri çeçen döyüşçülərin özlərini təqdim etməmələri səbəbindən polisin hücumçulara atəş açmaq hüququna malik olduğunu bildirib.
Pavel Qubarev videonu özünün Telegram kanalında yayımlayıb və Rusiya Silahlı Qüvvələrinin baş hərbi-siyasi idarəsinin rəis müavini Apti Alaudinovu vəziyyəti aydınlaşdırmağa çağırıb.
Mənbələrin məlumatına görə, hadisə Belqorod vilayətində baş verib. Hələlik heç bir rəsmi şərh yoxdur.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ