İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Uzaq Şərq Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb.

"Yüngül mühərrikli təyyarə Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb. Hava gəmisi 1969-cu il təvəllüdlü vətəndaş tərəfindən idarə olunurdu. O, hadisə nəticəsində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə iş açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR