Onlayn ictimai-siyasi qəzet
“Rusiya hakimiyyəti İrəvanda həbs edilmiş “Tashir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanla bağlı vəziyyət də daxil olmaqla, ermənistanlı tərəfdaşları ilə təmasdadır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Kommersant” nəşrinə açıqlamasında bildirib.
“Bəli, təmaslar var, təbii ki. Biz İrəvandakı tərəfdaşlarımızla əlaqədəyik. Bu, bizim üçün vacib bir müttəfiqlikdir. Rusiya ilə Ermənistan arasında çoxsahəli və yüksək səviyyədə inkişaf etmiş münasibətlər mövcuddur.
Əlavə olaraq, Karapetyan Rusiya Federasiyasının vətəndaşı olduğuna görə bu istiqamətdə də müvafiq təmaslar həyata keçirilir”, - deyə Kreml nümayəndəsi jurnalistlərə deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə hərbi çevrilişin qarşısının alındığına dair bəyanatına münasibət bildirən Peskov vurğulayıb ki, bu, Ermənistanın daxili işidir.
“Biz, təbii ki, Ermənistanda qanunçuluğun və sabitliyin qorunub saxlanmasında maraqlıyıq. İstəyirik ki, Ermənistan Rusiyaya dost olan, firavan və sabit bir dövlət olaraq qalsın”, - deyə o əlavə edib.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ