İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Xarkova DƏHŞƏTLİ DRON HÜCUMU: Ölənlər və yaralananlar var - FOTO,VİDEO

Rusiya dronlardan istifadə edərək Ukraynanın Xarkov şəhərinə kütləvi hücum həyata keçirib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov teleqramda məlumat yayıb.

Onun sözlərinə görə, şəhərin iki rayonuna 17 pilotsuz təyyarə ilə zərbə endirilib.

Xarkov Vilayət Hərbi Administrasiyasının son məlumatına görə, Rusiyanın Xarkova dron hücumu nəticəsində xəsarət alanların sayı 54-ə yüksəlib, iki nəfər həlak olub. Xəsarət alanlar arasında 8 uşaq da var.

Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib ki, şəhərin Slobodski və Osnovyanski rayonlarında çoxmərtəbəli və fərdi yaşayış evləri, mülki müəssisə və digər obyektlər zərər görüb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR