Onlayn ictimai-siyasi qəzet
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə ölkə üzərində Ukraynanın 127 ədəd PUA-sını məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bryanskda 41, Oryolda 37, Kurskda 31, Moskvada 6, Vladimirdə 5, Ryazanda 3, Belqorod, Tula, Kaluqa vilayətlərinin əraziləri və Qara dəniz üzərində 1 ədəd PUA məhv edilib.
ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı yeni mövqeyi səsləndirilib: “Bu mənim problemim deyil”.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Rusiyaya qarşı əlavə sanksiyalar biznesin inkişafına mane olacaq, Tramp isə ABŞ üçün iqtisadi imkanları maksimum dərəcədə artırmaq istəyir. Bəzi Avropa liderləri hesab edir ki, Tramp faktiki olaraq özünün əsl məqsədinə - Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşmasına doğru irəliləyib. Tramp Amerika şirkətlərinə Rusiyanın enerji sektorundan, nadir torpaq minerallarından faydalanmaları üçün kömək etmək istəyir”, - məlumatda qeyd olunub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ