İnsanlara hürriyət, millətlərə istiqlal!

Saat 10.00-dan Ukrayna tərəfini gözləyəcəyik - Medinski

İstanbulda gözlənilən Rusiya-Ukrayna danışıqları bu gün yerli vaxtla saat 10.00-da başlaya bilər.

Musavat.com xəbər verir ki, bunu danışıqlarda Moskvanı təmsil edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rusiyalı jurnalistlərə deyib.

Medinski qeyd edib ki, həmin vaxtda onlar Ukrayna tərəfini danışıqlar üçün gözləyəcəklər.

Qeyd edək ki, Vladimir Putinin danışıqlara aşağı ranqlı heyəti göndərməsi real nəticələrin əldə olunması ehtimalını kölgə altına salıb.

Putini birbaşa danışıqlara çağıran Ukrayna prezidenti Volodimir Zelenski Ankaraya getsə də, Rusiya rəhbəri getmədiyi üçün danışıqlar baş tutmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR