İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə 26 yaşlı Əmrah Məmmədov intihar etdi – yaxınları inana bilmir: “İnanclı, vətənpərvər, sakit bir gənc idi” (FOTO)

Şəmkir rayonunun Sabirkənd kəndində dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, 1999-cu il təvəllüdlü kənd sakini Əmrah Məmmədov özünü asaraq intihar edib.

Hadisə barədə ilk məlumatı “Qafqazinfo” yayıb.

Məlumata görə, gəncin meyiti yaxınları tərəfindən tövlədə asılmış vəziyyətdə tapılıb. Hadisə dərhal hüquq-mühafizə orqanlarına bildirilib və Şəmkir Rayon Prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.

Mərhumun yaxınlarının Musavat.com-a verdiyi eksklüziv məlumata əsasən, Əmrah Məmmədov inanclı, vətənpərvər və zərərli vərdişləri olmayan bir gənc kimi tanınıb. Onun intihar etməsi ailəsi, qohumları və tanıyanlar üçün tamamilə gözlənilməz olub. Yaxınları bildirir ki, Əmrah sakit, təmkinli və həyat dolu bir insan idi:

“Heç bir depressiya, ailədaxili problem, ya da şəxsi sıxıntı hiss etməmişdik. Hələ də inana bilmirik. Əmrah bunu edə bilməzdi…”

Əmrahın telefonu araşdırma məqsədi ilə istintaq tərəfindən götürülüb.

Onu da qeyd edək ki, Əmrah Məmmədov ABŞ -da yaşayan tanınmış jurnalist və diaspor fəalı Zaur Bayramlının dayısının oğludur.

Musavat.com mərhumun eksklüziv görüntülərini təqdim edir və hadisə ilə bağlı araşdırmalar davam etdikcə yeni məlumatları da oxucularına təqdim edəcək.

Allah rəhmət eləsin!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR