İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də öldürüldüyü deyilən azərbaycanlı müğənni sağ imiş - YENİLƏNİB

Azərbaycanlı müğənni Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi barədə məlumat yayan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq, müğənninin sağ olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Leyla Əfəndiyeya bu barədə "Facebook" hesabında paylaşım edib.

"Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır", - deyə o paylaşımında yazıb.

Albina Pyakşevanın adının açıqlanmasını istəməyən dostu isə APA-ya açıqlamasında müğəninin öldürülməsi barədə xəbərin yalan olduğunu bildirib.

"Caz ifaçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi xəbəri həqiqəti əks etdirmir", - deyə o qeyd edib.

***

Azərbaycanlı caz ifaçısı, gənc vokal istedadı Albina Pyakşeva faciəvi şəkildə həyatını itirib.

Musavat.com bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva sosial şəbəkə paylaşımında xəbər verib.

O bildirib ki, 1993-cü il təvəllüdlü Albina Pyakşeva ABŞ ilə Meksika arasındakı sərhəd-keçid məntəqəsini keçməyə çalışarkən öldürülüb.

Xatırladaq ki, Albina Pyakşeva Bakı Caz Festivalının “I am Jazzman” adlı müsabiqəsində finala yüksəlmişdi və “Səs Azərbaycan” layihəsində çıxışı ilə tamaşaçıların rəğbətini qazanmışdı.

İfaçının ölümünün səbəbləri və hadisənin detalları hələlik açıqlanmayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR