İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanım sərnişini narahat edən 55 yaşlı sürücü həbs edildi: “Məndən 3 dönər, 3 ayran istədi”

Qaradağda xanım sərnişinə qarşı nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 55 yaşlı sürücü cəzalandırılıb.

Musavat.com xəbər verir ki, xanım sərnişin başına gələn hadisə ilə bağlı “102 Xidməti”nə məlumat verib. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində aparılan araşdırma ilə sürücü barəsində protokol tərtib edilib.

Xanım sərnişin şikayətində bildirib ki, taksidə olan zaman sürücü onun mobil telefonunu zorla əlindən alaraq öz nömrəsinə zəng edib. Sonra da ünvana çatanadək ona qarşı nalayiq hərəkətlər edib. Ardınca isə nömrəsinə zəng edərək onu narahat edib.

Sürücü isə ifadəsində bildirib ki, xanım sərnişinə qarşı heç bir nalayiq hərəkət etməyib.

Barəsində şikayət edilmiş sürücü bunları deyib:

“Xanım sərnişin kimi maşına əyləşdi. Yolda olarkən telefonda kiminləsə danışırdı. Həmin şəxsə kreditini ödəməyə imkanının olmadığını, pula ehtiyacı olduğunu dedi. Sonra məndən 3 ayran və 3 dönər almağımı istədi. Ona hazırda pulumun olmadığını dedim. Dedim ki, nömrəni ver, imkan olanda əlimdən gələn köməkliyi edərəm. Axşam olanda mənə bank kartının nömrəsini yolladı. 60 manat pul göndərməyimi istədi. Göndərməsəm, məndən polisə şikayət edəcəyini dedi. Bundan sonra ona iki dəfə zəng vurdum. Məni telefonda da hədələdi. Sonra da məndən şikayətçi oldu”.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Məhkəmə sürücünü bu əməldə təqsirli bilib. Məhkəmə qərarı ilə sürücü 4 sutka inzibati həbslə cəzalandırılıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR