İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı və ABŞ İranla gərginliyin azaldılmasını müzakirə edib

Səudiyyə Ərəbistanının müdafiə naziri Əl Səud iyulun 3-də Tramp və digər Ağ Ev rəsmiləri ilə gizli görüşərək İranla gərginliyin azaldılması səylərini müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Fox News" yayıb.

Məlumata görə, danışıqlarda Qəzzada müharibənin dayandırılması və qalan girovların azad edilməsi də diqqət mərkəzində olub.

Mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə və ticarət sazişini yekunlaşdırmağın son mərhələsindədir.

Səudiyyə Ərəbistanının müdafiə naziri əl-Səud Trampla görüşdən sonra İranın Baş Qərargah rəisi Musəvi ilə telefon danışığı aparıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR