Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən deputat Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən danışıb.
Musavat.com-un məlumatına görə, S.Aran bildirib:
“Dünən bir valideyn gəlmişdi və övladı plastik əməliyyat zamanı ölüb.
Valideyn deyir ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir. Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır. Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər.
Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın! Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinfi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?”
Səyyad Aran digər problemlərdən də bəhs edib.
Bildirib ki, İmişlinin 150 min əhalisi olduğu halda, bir rentgenoloqu yoxdur. Həmçinin 400 minlik əhali yaşayan Saatlı, Sabirabad və İmişlidə lor yoxdur.
S.Aran həkimlərin xaricə axınından da bəhs edib və təyinatın tətbiqini zəruri sayıb.
E.Paşasoy,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ