İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Rusiyanı hibrid müharibədə ittiham etdi

Ermənistan parlamentinin sədri Alen Simonyan 5 may tarixində keçirdiyi brifinqdə Rusiya-Ermənistan münasibətləri kontekstində qalmaqallı və ziddiyyətli açıqlama verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, daxili siyasi vəziyyətdən və iqtidarda olan “Vətəndaş Sazişi” partiyasının reytinqindən danışan Simonyan bildirib ki, “xaricdən, o cümlədən şimal qonşusundan böyük pullar xərclənir”. Jurnalistlərin “şimal qonşusu” ifadəsini Rusiyaya aid edib-etmədiyini soruşduqda isə Simonyan bu fikirlə razılaşaraq, birbaşa Rusiyanı nəzərdə tutduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Ermənistana qarşı hibrid müharibə aparılır və bu müharibə dövri olaraq aktivləşir. Bu prosesdə erməni soyadlı bəzi rusiyalı “ekspertlər” iştirak edir – onlar ölkədə hakimiyyəti dəyişmək, mitinqlər anons etmək və digər vasitələrlə ictimai rəyə təsir göstərməyə çalışırlar.

Simonyanın iddiasına görə, bu cəhdlər 2026-cı il seçkiləri ərəfəsində daha da intensivləşəcək. Lakin nəticədə əks-effekt yaradacaq və “Vətəndaş Sazişi” partiyasının reytinqi ikiqat artacaq. O, ümumilikdə dövlət çevrilişi təhlükəsi görmədiyini və xalqına güvəndiyini bildirib. Qeyd edib ki, bu cür cəhdlər hələ 2020-ci ildən etibarən aparılır, lakin heç biri nəticə verməyib.

Jurnalistin “Nə üçün Nikol Paşinyan Rusiya üçün arzuolunmaz fiqurdur?” sualına cavabında Simonyan səmimi təəccüb ifadə edərək deyib:

“Niyə arzuolunmaz olsun ki? Bizə bunun əksini deyirlər".

Hibrid müharibənin səbəblərinə qayıdan Simonyan əlavə edib ki, Ermənistanın müstəqil siyasət yürütməsi bəzilərinin xoşuna gəlmir:

“Onların fikrincə, Ermənistan daim hansısa mərkəzdən asılı olmalı, bir ‘böyük qardaşı’ olmalı və düşünməlidir ki, həmin böyük qardaşsız və ya hansısa supergüc olmadan Ermənistan ‘yeyiləcək’ və ümumiyyətlə, mövcudluğunu da ona borcludur,” – deyə Simonyan vurğulayıb.

O əlavə edib ki, bu münasibət uzun illər Ermənistanın BMT və digər beynəlxalq platformalarda Rusiyanın maraqlarına uyğun səs verməsi və bəzi müharibələri dəstəkləməsi üçün təzyiq vasitəsi kimi istifadə olunub. Lakin dəyişən vəziyyət Ermənistanı daha az idarəolunan edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR