İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtiyar Ersay paşa general - polkovnik rütbəsinə yüksəldildi – Azərbaycanın qəhrəmanı olan türk generalına böyük etimad

Musavat.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin tanınmış komandanlarından biri, Azərbaycanda hərbi fəaliyyəti ilə əfsanələşmiş Bəxtiyar Ersay paşa yüksək rütbəyə layiq görülüb. İndiyədək korgeneral olan Bəxtiyar Ersay paşaya Türkiyə Prezidenti tərəfindən orgeneral rütbəsi verilib.

Türkiyə Silahlı Qüvvələrinin rütbə sistemində “korgeneral” (korpus generalı – Azərbaycan sistemində təxminən general-leytenantə bərabər) üçulduzlu general rütbəsidir və əsasən ordu və ya korpus komandanı vəzifələrini icra edən hərbçilərə verilir. “Orgeneral” (ordu generalı – Azərbaycan sistemində general-polkovnikə uyğun gəlir) isə Türkiyə ordusunda ən yüksək generallıq rütbəsidir və yalnız strateji rəhbərlik səviyyəsində xidmət edən komandanlara təqdim olunur.

335430c1b54791a90ed1526d0a42fcdc.jpg (149 KB)

Bəxtiyar Ersay paşa uzun illər Türkiyənin cənub-şərqində, İraq və Suriyada PKK terror təşkilatına qarşı aparılan hərbi əməliyyatlarda fərqlənib. O, terrora qarşı mübarizədə qazandığı təcrübə və peşəkarlığı ilə tanınıb, sonrakı illərdə isə Azərbaycanla hərbi əməkdaşlıq çərçivəsində daha da tanınan simaya çevrilib.

Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Bəxtiyar Ersay paşa Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycana ezam olunaraq, burada hərbi planlamalar, əməliyyatların koordinasiyası və strateji məsləhətlərlə məşğul olub.

WhatsApp Image 2025-08-05 at 17.10.38.jpeg (168 KB)

Onun Azərbaycandakı fəaliyyəti yalnız hərbi çevrələrdə deyil, ictimaiyyət arasında da yüksək rəğbətlə qarşılanıb. Azərbaycan cəmiyyətində Bəxtiyar paşa qardaş ölkənin sarsılmaz dəstəyinin simvoluna çevrilib.

Bəxtiyar Ersay paşanın orgeneral rütbəsinə yüksəldilməsi təkcə şəxsi nailiyyət deyil, həm də Türkiyə-Azərbaycan qardaşlığının, hərbi ittifaqının daha da güclənməsinin simvoludur. Bu təyinat eyni zamanda onu göstərir ki, Qarabağ müharibəsində Azərbaycanla çiyin-çiyinə savaşan komandirlər təkcə tarixi yox, həm də strateji səviyyədə qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR