Onlayn ictimai-siyasi qəzet
“Bakı ilə İrəvan arasında müzakirələr davam edir”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində yerli jurnalistlərlə görüşündə Alen Simonyan danışıb.
Onun sözlərinə görə, tərəflər arasında bu prosesin davam etdirilməsi barədə razılıq mövcuddur.
“Müzakirələrin yaxın gələcəkdə iki ölkənin liderləri, həmçinin xarici işlər nazirləri formatında davam etdirilməsi istisna edilmir”, - deyə Simonyan bildirib.
Erməni sədrin fikrincə, bu, müsbət xəbərdir, lakin hələlik hər hansı konkret razılaşma əldə olunmayıb.
“Bu cür proseslər sülh sazişinin bağlanacağı yer və zamanın müəyyənləşdirilməsinə yönəlib. Çoxsaylı beynəlxalq tərəfdaşlar sülh sazişinin nəhayət reallığa çevrilməsi üçün müvafiq işlər görürlər”, - deyə Ermənistan parlamentinin spikeri vurğulayıb.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ