Onlayn ictimai-siyasi qəzet
Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ