İnsanlara hürriyət, millətlərə istiqlal!

Şmıqal AÇIQLADI - Ukraynaya 120 milyard dollar lazımdır

Ukrayna 2025-ci ildə müdafiə ehtiyaclarının maliyyələşdirilməsi üçün Avropa İttifaqı və NATO ölkələrindən təxminən 60 milyard dollar yardım alacağını gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Denis Şmıqal bəyan edib.

Onun sözlərinə görə, gələn il üçün ümumi müdafiə büdcəsi ehtiyacı azı 120 milyard dollar təşkil edəcək.

“Bu məbləğin yarısını müttəfiqlərin dəstəyi ilə cəlb etmək üçün digər ölkələrlə işləyirik”, – deyə Şmıqal özünün "Telegram" kanalında yazıb.

O əlavə edib ki, Qərb tərəfdaşları ilə danışıqlar artıq konkret mərhələyə keçib.

Bundan əlavə, Kiyev müttəfiqləri 2026-cı il büdcələrindən vəsait ayırmağa vaxtında hazırlıq görməyə çağırıb. Şmıqal daha əvvəl bildirib ki, təkcə silah alınması və dron istehsalı üçün Ukraynaya 2025-ci ildə təxminən 6 milyard dollar lazım olacaq.

Bu açıqlamalar fonunda prezident Volodimir Zelenski ölkə daxilindəki resursların, xüsusilə hərbi istehsalat sahəsində məhdudluğundan narahatlığını ifadə edib. Onun sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarından dəstək axtarmağa davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR