İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İrəvan ÇALXALANIR - VİDEO

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında vəziyyət gərginləşib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 44 günlük müharibədə itkin düşən əsgərlərin valideynləri etiraz aksiyası keçirərək nazirliyin qapılarını bağlayıblar və binadan heç kəsi buraxmırlar.

“Qapı açılmayacaq. Övladlarımızı qaytarın, onda açarıq”, – deyə valideynlərdən biri bildirib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Valideynlərdən biri polis əməkdaşlarını görərkən Baş Qərargah rəhbərliyini nəzərdə tutaraq “Qoy gəlsinlər və cavab versinlər” deyib.

Polis Müdafiə Nazirliyinin girişini açmağa çalışıb. Bu zaman valideynlərlə hüquq-mühafizə orqanları arasında əlbəyaxa dava düşüb, lakin valideynlər geri çəkilməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR