Onlayn ictimai-siyasi qəzet
İranın mümkün cavab hücumları fonunda Qətər öz hava məkanını müvəqqəti olaraq bağladığını elan edib. Qərar regional gərginliyin artması və təhlükəsizlik narahatlıqları ilə əlaqədar verilib.
Musavat.com xəbər verir ki, bu addım Böyük Britaniya və ABŞ-ın Qətərdəki vətəndaşlarına verdiyi xəbərdarlıqlardan sonra atılıb. Hər iki ölkə öz vətəndaşlarına təhlükəsiz sığınacaqlarda qalmağı və əlavə təlimatlara qədər ərazidən çıxmamağı tövsiyə edib.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və hava nəqliyyatında ciddi məhdudiyyətlər tətbiq olunur.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ