İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Qəzzadan dəhşətli xəbər gəldi

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 66 nəfər ölüb, 265 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

İsrailin martın 18-də atəşkəs razılaşmasını pozmasından bəri Qəzzada ölənlərin sayı 13 min 486-ya, yaralananların sayı isə 57 min 389-a çatıb. 7 oktyabr 2023-cü ildən bu günə qədər Qəzzada ümumi itki 67 min 74-ə, yaralıların sayı isə 169 min 430-a çatıb.

Nazirliyin açıqlamasına görə, son 24 saatda yardım paylanması zamanı həyata keçirilən hücumlar nəticəsində isə 6 nəfər ölüb, 40 nəfər yaralanıb. Bununla da “yardım fəaliyyətləri”ndə ölənlərin sayı 2 min 603-ə, yaralananların sayı isə 19 min 94-ə yüksəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR