İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin dağılması Rusiya gündəmindən düşmür – sabiq baş nazir hüquqi pozuntu iddiasını dəstəklədi  


Rusiyada keçmiş SSRİ-nin dağılması mövzusu yenidən gündəmə gətirilib.

Musavat.com xəbər verir ki, Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri, sabiq baş nazir Sergey Stepaşin SSRİ-nin ləğvi prosedurunun hüquqi baxımdan pozulduğunu bəyan edib.

Stepaşin bu fikirləri Prezident Vladimir Putinin müşaviri Anton Kobyakovun əvvəlki açıqlamasına dəstək olaraq səsləndirib. Kobyakov bildirmişdi ki, SSRİ-nin yaradılması deputatların qərarı ilə həyata keçirilibsə, onun ləğvi də eyni hüquqi mexanizmlə baş verməli idi.

“Hüquqi baxımdan Kobyakov haqlıdır”, – deyə Sergey Stepaşin vurğulayıb.

Bu açıqlamalar Rusiyada SSRİ-nin bərpası məsələsinin hələ də aktuallığını qoruduğunu və siyasi dairələrdə zaman-zaman yenidən müzakirəyə çıxarıldığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR