Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakı–Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb.
1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlu idarə etdiyi “Mercedes C230” markalı avtomobillə hərəkətdə olarkən piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
İlkin məlumata görə, ölən şəxs piyadalar üçün nəzərdə tutulan yerüstü keçiddən istifadə etməyib.
Faktla bağlı araşdırma aparılır.
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ