Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa müstəqil ədliyyə orqanının yaradılması haqqında fərman verib.
Musavat.com xəbər verir ki, sənədin mətnini Suriya liderinin ofisi dərc edib.
Sənədə əsasən, keçid dövrünün ədalət mühakiməsi komissiyası “əvvəlki rejimin törətdiyi ağır qanun pozuntuları ilə bağlı həqiqətlərin üzə çıxarılması”, “təqsirkarların məsuliyyətə cəlb edilməsi, dəymiş ziyanın ödənilməsi və “milli barışığın gücləndirilməsi” məqsədi ilə yaradılır.
Əl-Şaraa həmçinin itkin düşmüş şəxslərlə bağlı xüsusi komissiya da təsis edib. Bu qurum itkinlərin taleyini araşdıracaq, milli məlumat bazası yaradacaq və ailələrə hüquqi-humanitar dəstək göstərəcək.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ