İnsanlara hürriyət, millətlərə istiqlal!

Talassemiyalı ana körpəsini ana südü və ya süni qida ilə qidalandırmalıdır?

“Ana südü körpə üçün əvəzsiz, təbii və faydalı qida mənbəyidir. Talassemiyalı ana, əgər ümumi sağlamlıq vəziyyəti icazə verirsə, hər kəs kimi övladını ana südü ilə qidalandıra bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.

Onun sözlərinə görə, bəzi istisna hallar mümkündür:

“Əgər ana dəmir qovucu preparatlar qəbul edirsə, bu dərmanlar ana südü ilə keçərək körpənin sağlamlıq vəziyyətinə zərər vura bilər. Əgər ananın mövcud vəziyyəti imkan verirsə, bu dərmanları hematoloq icazəsi ilə müvəqqəti kəsilərək, ana südü ilə qidalanma təmin edilməlidir. Ananın fərdi vəziyyəti, qidalanması zəifdirsə, südvermə onu daha da zəiflədə bilər. Bu zaman əlavə qida dəstəyi və ya ananı dəstəkləyici qida və istirahət rejiminə xüsusi diqqət etmək gərəklidir”.

Mütəxəssis-ekspert bildirib ki, bundan başqa, körpənin normal çəki artımı və sağlamlıq vəziyyəti pediatr tərəfindən mütəmadi izlənilməlidir:

“Son olaraq, əgər ana xüsusi müalicə almırsa, ümumi vəziyyəti stabildirsə, ana südü övladı üçün ilk seçilən qida vasitəsi olmalıdır. Sadəcə hematoloq, neanotoloq və ginekoloq koordinasiyalı şəkildə ananın və yenidoğulmuşun vəziyyətini dəyərləndirməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR