Onlayn ictimai-siyasi qəzet
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınların geniş əraziyə yayılması ilə meşəlik əraziyə keçib. Ərazinin çətin relyefli olması, yanğına yerdən operativ müdaxilə edilməsində çətinliklər yaradır.
Bunun üçündə daha çox havadan müdaxilə edilməsi zərurəti yaranıb.
Hazırda hadisə yerində FHN - nin yanğınsöndürmə briqadaları ilə yanaşı helikopterlərdə yanğını söndürmək üçün, fəaliyyətlərini davam etdirirlər.
***
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.
Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.
Report-un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Yanğın əsasən quru ot və kolluq ərazidədir.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb edilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ