İnsanlara hürriyət, millətlərə istiqlal!

LGBT paradı iğtişaşa çevrildi: 57 nəfər saxlanıldı, 17 polis yaralandı

 Almaniyanın paytaxtı Berlində keçirilən alternativ parad zamanı ciddi insident baş verib.

Musavat.com xəbər verir ki, Kroytsberq rayonunda keçirilən aksiyada təxminən 10 min nəfər iştirak edib, onların bir qismi fələstin bayraqları və örtülü üzlərlə çıxış ediblər.

Aksiyanın gedişində bəzi nümayişçilər polisə hücum edib. Məlumata görə, qanun keşikçilərinə butulkalar, boya qabları və bayraq dirəkləri atılıb. Nəticədə 57 nəfər saxlanılıb, 17 polis əməkdaşı isə xəsarət alıb.

Eyni gündə keçirilən rəsmi LGBT-parad – CSD (Christopher Street Day) tədbiri də sakit keçməyib. Orada sağ radikalların təşkil etdiyi əks nümayiş zamanı bəzi iştirakçılardan silah və ekstremist simvollar aşkarlanıb.

Berlin polisi insidentlərlə bağlı araşdırma başladıb və şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR