Onlayn ictimai-siyasi qəzet
Aktyor Allahverdi Yolçuyev corab satır.
Musavat.com xəbər verir ki, 66 yaşlı aktyor ASTAR TV- yə danışıb. O bildirib ki, xəstələnəndən sonra dərman pulunu çıxarmaq üçün corab satmağa qərar verib.
"Bir il bundan öncə beyin əməliyyatı keçirdim. Kimdənsə pul almağa öyrəşməmişəm. Ona görə də fikirləşdim ki, ən yaxşısı corab satmaqdır.
4 qız övladım, 5 nəvəm var. Küfəkənim taksi sürür, onların da vəziyyəti çətindir.
Mədəniyyət naziri Adil Kərimli iki dəfə mənə zəng etdi. Ona dedim ki, mən fəxri ad deyil, maliyyə dəstəyi istəyirəm. Yaşıma görə 336 manat pensiya alıram. Bir corabı 2 manata alıb, 4- 5 manata satıram. Gün ərzində 10- 15 manat qazanıram. Mən ondan- bundan niyə pul alım ki. Dilənçi deyiləm ki. Həyatdır da , yaşayırıq", -deyə aktyor Tv- nin müxbirinə bildirib.
Şahanə Rəhimli
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ