İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Vaşinqtonla danışıqlara yaşıl işıq yandırdı – Növbəti görüşə Oman qərar verəcək

İran və ABŞ arasında dolayı diplomatik dialoq davam edir.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib: Tehran Vaşinqtonla dolayı danışıqların davam etdirilməsinə hazırdır və yaxın günlərdə növbəti görüşün vaxtı və yeri Oman vasitəsilə razılaşdırılacaq.

Diplomat Bəqai qeyd edib ki, 3 may üçün nəzərdə tutulan əvvəlki görüş tərəflərin razılığı və vasitəçinin təşəbbüsü ilə təxirə salınıb.

“İran nüvə proqramı ilə bağlı bütün məsələlərin diplomatik yolla həllində israrlıdır,” – deyə o əlavə edib.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR