Onlayn ictimai-siyasi qəzet
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının ölkəyə dair qətnaməsinin qəbulunu pisləyib.
Musavat.com xəbər verir ki, mövqe İran Xarici İşlər Nazirliyi və İranın Atom Enerjisi Təşkilatının (AEOI) birgə bəyanatında əksini tapıb.
Sənədə əsasən, cavab olaraq İran yeni uranın zənginləşdirilməsi mərkəzinin fəaliyyətə başlayacağını elan edib:
"Bununla əlaqədar olaraq Atom Enerjisi Agentliyi rəhbərinə təhlükəsiz yerdə Fordo zənginləşdirmə mərkəzindəki birinci nəsil maşınları qabaqcıl altıncı nəsil maşınlarla əvəz edəcək yeni uran zənginləşdirmə mərkəzinin yaradılması ilə bağlı lazımi göstərişlər verilib. Digər tədbirlər də nəzərdə tutulub ki, bu da daha sonra açıqlanacaq".
Sənədə görə, Tehran hesab edir ki, bu addım agentliyin nüfuzuna xələl gətirir və onun siyasi qərəzliliyini daha çox büruzə verir. İran həmçinin səsvermədə bitərəf qalan və ya bu qətnamənin qəbulunun əleyhinə səs verən ölkələrə - MAQATE Rəhbərlər Şurasının üzvlərinə təşəkkürünü bildirir.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ