Onlayn ictimai-siyasi qəzet
İranda tanınmış din xadimi, Tehranın cümə imamı olan Kazim Sadiqinin ailə üzvləri saxlanılıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Bundan əvvəl onun iki oğlu SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən korrupsiya işi üzrə həbs olunub. Daha sonra isə din xadiminin gəlininin də tutulduğu bildirilib.
Məlumata görə, Kazım Sadiqinin özü, iki oğlu və gəlini 2023-cü ildə də Tehranın şimalında dəyəri 20 milyon dollardan çox olan dövlət torpaqlarının qanunsuz mənimsənilməsində ittiham olunublar.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ