Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın İsrailə səfəri ərəfəsində ölkədə diqqətçəkən təşəbbüslər həyata keçirilib.
Musavat.com xəbər verir ki, Təl-Əviv çimərliyində “Təşəkkür edirik” (“СПАСИБО”) sözləri ilə böyük yazı yerləşdirilib. Yazının məqsədi Trampın təyyarədən İsrailə enişi zamanı onu qarşılamaqdır.
Eyni zamanda İsrailin paytaxtı Qüdsdə Trampın portreti və “Böyük Kir yaşayır!” şüarı ilə bilbordlar quraşdırılıb. Bilbordların yanında ABŞ və İsrail bayraqları da yer alıb.
Xatırladaq ki, fars hökmdarı Böyük Kir yəhudilərə Babil sürgünündən Qüdsə qayıtmağa və Məbədi bərpa etməyə icazə verməsi ilə tanınır. İsraildə bu müqayisə Trampın bölgədə sülh prosesinə töhfəsi ilə əlaqələndirilir.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ