Onlayn ictimai-siyasi qəzet
İngiltərənin nüfuzlu “The Telegraph” qəzeti yazır ki, Taliban ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndələrinin Kabildə keçirdiyi görüşlərdən sonra Britaniya kəşfiyyatçıları ilə bağlı məlumatları Tehrana təqdim edib.
Musavat.com xəbər verir ki, məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Talibanın şərti onların rəsmi Əfqanıstan hökuməti kimi tanınması olub. Bu öhdəliyi isə SEPAH öz üzərinə götürərək İran rəhbərliyini Talibanı dövlət səviyyəsində tanımağa razı salmağa çalışır.
Nəşr qeyd edir ki, İrana təhvil verilən siyahıda Britaniya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərin adları yer alır. Tehran isə bu məlumatdan Qərb ölkələri ilə aparacağı danışıqlarda siyasi təsir vasitəsi kimi istifadə etməyi planlaşdırır.
Mənbələrin sözlərinə görə, İran xüsusi xidmət orqanları siyahıya düşən və artıq həbs edilən şəxsləri danışıqlarda əlverişli mövqe qazanmaq üçün bir növ “əsir kartı”na çevirmək niyyətindədir.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ