Onlayn ictimai-siyasi qəzet
Tiflisdə bina uçdu: 2 nəfər öldü, 1 nəfər yaralandı
Musavat.com xəbər verir ki, Tiflisdə qismən uçmuş binanın sakinləri müvəqqəti olaraq otelə yerləşdirilib.
Şəhər merinin müavini İrakli Bendeliani bildirib ki, Tiflis meriyası bina sakinləri ilə yenidən danışıqlara başlayacaq. Məqsəd – onların tam razılığını alaraq binanı sökmək və əvəzində yeni yaşayış binası inşa etməkdir.
“Artıq bir ildən çoxdur sakinlərlə bu məsələ ilə bağlı danışıqlar aparırıq. Bəzi ailələr razılaşıb və biz onları kirayə evlərə köçürmüşük. Amma qanunvericiliyə görə, heç kimi özəl mülkiyyətdən razılığı olmadan məcburi çıxara bilmərik – hətta yeni bina tikmək məqsədilə də”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Tiflisdə güclü yağış və ildırım nəticəsində bir binanın hissəsi uçub. Hadisə zamanı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. Fövqəladə xidmətlər ərazidə fəaliyyəti davam etdirir.
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ