İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolikdən övladının anası ilə bağlı suala cavab

Prodüser Tarix Əliyev övladının anası ilə bağlı yazılanlara cavab verib.

O, bu barədə "Səhər görüşləri" verilişində danışıb. Tolik mövzu ilə bağlı bunları söyləyib:

"Hər dəfə yazırlar ki, uşağın anası kimdir? Sizin evinizə girib, ailəniz haqqında məlumat almıram. Deyirlər, uşağa yazığım gəlir. Mənim uşağım atalı, analı uşaqlardan daha xoşbəxt, sığortalı olacaq. Hər şeyim, nə qazanmışamsa, övladımındır. O qədər rahatam ki, övladım xoşbəxt olacaq. Siz narahat olmayın. Beş uşaq doğuzdurur, sonra çıxır Xoşqədəmin, Lalənin, Zaurun verilişinə ki, ərim atdı getdi. Mən elə olmaq istəmirəm. Gedib özümdən 10, 20 yaş kiçik qız almaram. Vaxtında evlənsəydim, 25 yaşında qızım olardı. İndi öz həyatımı yaşayıram: ailəm, dostlarım, övladım üçün. Sizlər müğənniləri gündəm edib, yataqlarına girdiniz. Siz insanların yatağına girmək istəyirsiniz. Bu həyat mənə xoşdur, sizə nə? Nədirsə, özüm bilərəm. Girmiyin şəxsimizə. Müğənnilər var, ərləri olmaya-olmaya çıxıb efirdə dedi, ərim, ərim... Bu şou-biznesi iyrənc hala gətirən həmin müğənnilər oldu. 30 yaşında uşağı ola-ola uşaq dünyaya gətirdi, ərim deyib düşdü".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR