Onlayn ictimai-siyasi qəzet
Qonşusu ilə danışan arvadını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Hökmə əsasən, təqsirləndirilən şəxsə ağır cəza verilib.
Musavat.com xəbər verir ki, 40 yaşlı Ruslan İsmayılov arvadı Çinarəyə bıçaqla bir zərbə vurub.
Buna səbəb qısqanclıq olub.
Ruslan Çinarənin qonşusu ilə danışdığını görüb və buna əsəbiləşərək onu bıçaqla vurub. Hadisə günü Ruslan tövlədə gizlənərək arvadını izləyib. O, arvadının evin hasarından qonşusu ilə danışdığını görüb. Bundan sonra evə girərək Çinarəni döyüb. Çinarə onu döyməməsini Ruslandan xahiş edib. Ruslan Çinarəyə bıçaqla vurduqdan sonra evdən qaçaraq anasıgilə gedib.
Çinarə qonşusu ilə danışmasının səbəbini izah edərkən deyib ki, həmin şəxsdən pul istəyirmiş. Onun sözlərinə görə, qonşularının onlara pul borcu olub. Çinarə də həmin borcu istədiyini bildirib.
Çinarə onu bıçaqlayan ərindən şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə Ruslan İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ