İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda ağır qəza - sürücü belə xilas edildi - VİDEO

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Tovuz rayonunun Qovlar şəhərində yol qəzası barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, FHN-in açıqlamasına əsasən, "Nissan Note" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü - 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlərin köməyi ilə sürücünü çıxararaq təcili tibbi yardıma təhvil veriblər. Onun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR