İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bu şəxsin ailəsinə 5 milyon dollar ödətdirir

ABŞ administrasiyası 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum zamanı həlak olan ABŞ Hərbi Hava Qüvvələri veteranı Eşli Babbittin ailəsinə təxminən 5 milyon dollar ödəmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı Washington Post (WP) qəzeti mənbələrə istinadən yayıb.

Bildirilir ki, Donald Tramp administrasiyası 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumu zamanı Nümayəndələr Palatasının spikerinin foyesinə basqın etmək istəyərkən polis tərəfindən öldürülən Tramp tərəfdarının varislərinin açdığı məhkəmə iddiasını həll etmək üçün Eşli Babbitt ailəsinə təxminən 5 milyon dollar ödəyəcək.

Qəzetin yazdığına görə, Babbittin ailəsi 2024-cü ilin əvvəlində məhkəməyə müraciət edərək 30 milyon dollar tələb edib. Qəzetin mənbələri bildiriblər ki, Ədliyyə Departamenti onun qohumlarına 5 milyon dollardan bir qədər az pul ödəməyə razılaşıb ki, bunun təxminən üçdə biri vəkillərin maaşına gedəcək.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da o zamankı ABŞ prezidenti Trampın tərəfdarları 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ Konqresinin binasına basqın ediblər. Seçkilərdə demokrat Co Bayden qalib gəlib. Bina daxilində iğtişaşlar zamanı polis nümayişçi Eşli Babbitti güllələyib. Toqquşmalarda Kapitol polisinin əməkdaşı ölüb.

2021-ci ilin iyulunda Trump, Kapitol polisinin 6 yanvar etirazları zamanı odlu silahdan istifadə etməməli olduğunu və Hərbi Hava Qüvvələri veteranı Babbittin öldürülməsinin əsassız olduğunu iddia edib. Həmin ilin avqustunda ABŞ Kapitoli polisi istintaq çərçivəsində Babbitti güllələyən zabitin hərəkətlərinə haqq qazandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR