Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ordusu və rəhbərliyi Amerika qüvvələrinin Tehranın strateji nüvə obyektlərinə hava zərbələri endirməsi barədə son ana qədər heç bir məlumata malik olmayıb.
“İran heç bir şəkildə bizim planlarımızdan xəbərdar deyildi. Onlar axıradək düşünürdülər ki, belə bir hücum baş verməyəcək,” – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, Fordodakı nüvə obyektinə mümkün zərbə ehtimalını əksər ekspertlər və siyasətçilər belə real hesab etmirdilər:
“Hamı deyirdi ki, həmin obyekt keçilməzdir, oraya heç bir bomba nüfuz edə bilməz. Heç kim təsəvvür etmirdi ki, ABŞ ordusu bu cür hücum qərarı verəcək,” – deyə Tramp əlavə edib.
Prezident qeyd edib ki, obyektin yerləşdiyi dərinlik və güclü müdafiə sistemi uzun müddət Amerika planlaşdırmasını çətinləşdirən əsas səbəblərdən biri olub. Bununla belə, Pentaqon İranın nüvə potensialını məhdudlaşdırmaq üçün müxtəlif ssenariləri ciddi şəkildə nəzərdən keçirib.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ