İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “İran sülhpərvər olarsa, sanksiyaları ləğv edəcəyəm”

ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində İranla bağlı sərt, eyni zamanda diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, əgər Tehran rəhbərliyi sülhpərvər siyasət yürüdər və regionda təhlükə yaratmaqdan imtina edərsə, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyə hazırdır:

“Əgər onlar öz işlərini düzgün yerinə yetirsələr, əgər onlar sülhpərvər ola bilsələr və artıq heç kimə zərər verməyəcəklərini sübut etsələr, mən sanksiyaları aradan qaldırardım. Bu da böyük dəyişikliklərə gətirib çıxarardı”.

Tramp iddia edib ki, iranlılar nüvə silahı yaratmağa bir neçə həftə məsafədə olublar:

“Onlar uranı başqa yerə daşımadılar, çünki bizdən belə bir hücum gözləmirdilər. İndi isə artıq nüvə silahı yaratmağa cəhd göstərməyəcəklər”.

O, həmçinin bəyan edib ki, İranın nüvə obyektlərinə endirilən zərbələrdə iştirak edən hərbi pilotları yaxın günlərdə Ağ Evdə qəbul edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR