Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Putin Ukrayna müharibəsindən yorulub və əvvəlki kimi formada deyil: “O, yaxşı görünmür, amma yaxşı görünmək istəyir. Unutmayın ki, bu müharibə bir həftəyə bitməli idi. Əgər tankları palçıqda batmasaydı və ordusu bu qədər dağılmasaydı, indi Kiyevdə olardılar”.
Tramp qeyd edib ki, hazırda Rusiya lideri vəziyyətdən çıxış yolu axtarır, lakin ilkin planların reallaşmaması onu çətin duruma salıb.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ