İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Putin güzəştə getməli olacaq"

Musavat.com-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq üçün güzəştə getməyə məcbur olacaq.

“Putin çox hiyləgər və ağıllı adamdır”, — deyə Tramp Kremlin rəhbəri haqqında danışıb. Onun sözlərinə görə, Putin bu müharibəni bitirmək niyyətində olmayıb: “Biz danışdıq və düşünürəm ki, razılaşma əldə edəcəyik. Əgər məni seçməsəydilər, o, Ukraynada irəliləməyə davam edəcəkdi”.

Putinin güzəştə gedib-getməyəcəyi ilə bağlı suala isə Tramp qısa cavab verib: “Bəli, o, güzəştə gedəcək. O, məcbur olacaq”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR