Onlayn ictimai-siyasi qəzet
Suriya hüquq-mühafizə orqanları ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib.
Musavat.com xəbər verir ki, məlumatı Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur:
"Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik alverçilərindən biri hesab olunur və köhnə hakimiyyətin cinayətlərində iştirak edib".
SANA agentliyinin mənbələrinə görə, Suriyanın keçmiş prezidentinin əmisi oğlu Livanla sərhəddə saxlanılıb.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ