Onlayn ictimai-siyasi qəzet
Maliyyə naziri Skott Bessent Donald Trampı Federal Ehtiyat Sisteminin(FED) rəhbəri Cerom Pauelli vaxtından əvvəl işdən çıxarmamağa inandırmağa çalışır. Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yayıb.
Maliyyə naziri hesab edir ki, Pauellin istefası Amerika iqtisadiyyatının və bazarına mənfi təsir edə bilər. Bundan əlavə, Bessent FED-in 2025-ci ilin sonunda baza faiz dərəcəsini endirməyi planlaşdırdığını istisna etmir.
Nazir həmçinin Trampa Pauellin istefasını tələb edərkən üzləşəcəyi siyasi və hüquqi maneələrlə bağlı xəbərdarlıq edib. Nəşrin mənbələrinin məlumatına görə, Bessent Amerika liderinə bildirib ki, ölkə iqtisadiyyatı yaxşı vəziyyətdə olduğundan və bazarlar Trampın siyasətinə müsbət reaksiya verdiyindən, o, Pauellin işdən çıxarılmasını vacib hesab etmir.
Qəzet istisna etmir ki, ABŞ prezidenti səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatacaq FED rəhbərini vaxtından əvvəl işdən çıxarmayacaq, lakin onun varisinin adını bu yay açıqlayacaq. Bu, Tampa uçot dərəcəsi ilə bağlı siyasətə daha nəzərəçarpacaq təsir imkanı verəcək, eyni zamanda Pauell işdən çıxarılacağı təqdirdə yarana biləcək xaosun qarşısını alacaq.
FED 1913-cü ildə ABŞ Konqresi tərəfindən federal hökumətin tərkibində müstəqil bir təşkilat kimi yaradılıb. Rəsmi olaraq prezidentə deyil, birbaşa Konqresə hesabat verir.
Tramp dəfələrlə Pauelli uçot dərəcəsini aşağı salmadığına görə tənqid, hətta təhqir edib. O, FED rəhbərini “cənab çox ləng”, “inadkar eşşək” adlandırıb.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ