İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Aİ-yə Çin təzyiqi – ABŞ-la ticarət müqaviləsi üçün Pekin mallarına əlavə rüsum şərti

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrinə təzyiq göstərərək Çin məhsullarına qarşı idxal rüsumlarını artırmağı tələb edir.

Musavat.com-un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, Tramp administrasiyası bu addımı Vaşinqtonla yeni ticarət sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb.

Mənbələrin bildirdiyinə görə, Tramp Çin istehsalı malların Avropa bazarına azad çıxışını ABŞ iqtisadi maraqları üçün təhlükə hesab edir və Avropa ölkələrinin də bu məsələdə Vaşinqtonun mövqeyini dəstəkləməsini gözləyir.

Analitiklər bu tələbi həm Çinlə artan ticarət rəqabətinin, həm də Trampın “Amerikanı yenidən güclü etmək” şüarı çərçivəsində həyata keçirdiyi iqtisadi təzyiq siyasətinin davamı kimi qiymətləndirirlər. Aİ-dən isə hələlik rəsmi reaksiya verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR