Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp F-35 döyüş təyyarəsinin təkmilləşdirilməsi ilə yanaşı, tamamilə yeni nəsil bir qırıcı – F-55 üzərində işlərin başladığını açıqlayıb. Bu barədə o, çıxışı zamanı bildirib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, yeni model iki mühərrikli olacaq:
“Biz F-35 üzərində yenilənmədən əlavə, yeni model – mən onu F-55 adlandırıram – hazırlayırıq. Onun iki mühərriki olacaq. Mən heç vaxt bir mühərrikli təyyarələri bəyənməmişəm. Çünki ən yaxşı mühərrik belə sıradan çıxa bilər. Belə anda ehtiyat mühərrikin olması həyati əhəmiyyət daşıyır”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp həmçinin ABŞ-ın ən qabaqcıl qırıcılarından biri olan F-22 layihəsinin yenidən gündəmə gətirildiyini bildirib. Onun sözlərinə görə, Çin artıq bu təyyarənin görünüşünü surətləndirib, lakin amerikalıların istifadə etdiyi texnologiyaları təkrarlamaq Pekin üçün asan olmayacaq.
“Biz F-22 Super hazırlayacağıq – dünyanın ən gözəl qırıcısının təkmilləşdirilmiş versiyası. Bu təyyarəyə bənzər bir model olmayacaq”, – deyə Tramp əlavə edib.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ