Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneinin bəyanatlarına görə İrana qarşı sanksiyaların yumşaldılması istiqamətində işi dərhal dayandırdığını bildirib.
Musavat.com xəbər verir ki, o, bunu Truth Social-da yazıb: "Mən mümkün sanksiyaların yüngülləşdirilməsi və İrana sürətli və tam bərpası üçün ən yaxşı şans verəcək digər məsələlər üzərində işləyirdim. Lakin sanksiyaların yumşaldılması üçün bütün səyləri dərhal dayandırıram".
Amerika prezidentinin sözlərinə görə, o, İsrail və ABŞ üzərində qələbə qazandığını elan edən İranın Ali Rəhbərinin bəyanatları ilə öz niyyətlərinə yenidən baxmağa məcbur olub. İran, Trampın fikrincə, “dağıdılıb”, onun üç nüvə obyekti “dağıdılıb” və Amerika liderinin özü də “(Xameneinin –red.)harada gizləndiyini dəqiq bilirdi və ABŞ hərbçilərinin onu məhv etməsinə imkan verməyəcəkdi”.
Tramp mərhəmətinə görə minnətdarlıq gözləyirdi, lakin cavab olaraq “qəzəb, nifrət və ikrah”la dolu ifadələr aldı. “Bu münasibət İranı "gələcəyi olmayan qrurumuş torpaq ölkəsi", "iqtisadiyyatının dəhşətli durumu" və "məğlub olmuş ordu" vəziyyətinə gətirib çıxarıb”, - deyə ABŞ prezidenti yekunlaşdırıb və əlavə edib ki, "bundan sonra daha pis olacaq".
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ