Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff bildirib ki, Vaşinqton Ukrayna və Rusiya arasında yaranmış fikir ayrılıqlarını əhəmiyyətli dərəcədə azalda bilib.
“Sabah Tramp və Putin arasında baş tutacaq telefon danışığı çox uğurlu olacaq və danışıqlar prosesində yaranmış durğunluğu aradan qaldırmağa imkan verəcək,” – deyə Uitkoff vurğulayıb.
Müşahidəçilər bu açıqlamanı Moskva-Kiyev xəttində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. ABŞ-ın vasitəçiliyi ilə aparılan bu prosesin regiondakı sülh səylərinə ciddi təsir göstərəcəyi gözlənilir.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ